media-inshot_20251222_144904415

Süni intellekt sahəsində əldə olunan son elmi nailiyyətlər heyvanlarla ünsiyyətin mümkünlüyünü gündəmə gətirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər süni intellekt alqoritmləri vasitəsilə heyvanların çıxardığı səsləri və ünsiyyət davranışlarını təhlil edərək onların mənasını müəyyənləşdirməyə başlayıblar.

Bildirilir ki, bu istiqamətdə aparılan tədqiqatlar son dövrlər xeyli sürətlənib.

Məlumata əsasən, “Earth Species Project” adlı proqram təminatı şirkətinin rəhbəri Megan Sullivan heyvanların “dilinin” deşifrə olunmasına çox yaxın olduqlarını açıqlayıb. O bildirib ki, süni intellekt texnologiyaları heyvanların bir-biri ilə və ətraf mühitlə ünsiyyətini anlamaqda mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə, bu texnologiyanın inkişafı gələcəkdə insanlarla heyvanlar arasında daha dərindən qarşılıqlı anlaşma imkanları yarada bilər.

Qeyd edək ki, layihə hazırda ilkin mərhələdədir. Alimlər əldə olunan nəticələrin heyvanların davranış və ehtiyaclarının daha dolğun şəkildə anlaşılacağı yeni bir dövrün əsasını qoyduğunu vurğulayırlar.


Bənzər xəbərlər