Arxeoloqlar ağzına qədər xəzinə ilə dolu olan üç qədim məzar tapdılar
Çində aparılan arxeoloji qazıntılar zamanı 1800 il əvvələ aid, otaqları və pəncərələri olan, içərisi ailə xəzinəsi ilə dolu üç qədim məzar tapılıb.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, “Han” sülaləsinə aid bu nadir tapıntı Rizhao şəhərində yerli parkın genişləndirilməsi zamanı üzə çıxıb.
Qazıntılarda iştirak edən mütəxəssislər bildiriblər ki, üç məzardan biri “M3” adı ilə tanınan kompleks, demək olar ki, toxunulmaz qalıb və içərisində 70-dən çox qiymətli artefakt – dəmir qılınc, tunc güzgü, saxsı qablar və hətta tabut daşımaq üçün istifadə olunan vaqon hissələri tapılıb.
Qeyd edək ki, qəbirlərin dizaynı qədim Çin memarlığının ailə mərkəzli dünyagörüşünü əks etdirir. İki məzarda “Huan” soyadının yazılması onların eyni ailəyə mənsub olduğunu göstərir. Əksər hissəsi soyğunçular tərəfindən dağıdılmış digər iki məzarın əksinə olaraq, “M3” nisbətən toxunulmaz qaldığı üçün daha çox tarixi informasiya verə bilib.

Gülbəniz Səfərova






