media-4cb9c950124e0b25be4d5d1e7c2d590b

Türkiyədə 9750 illik dünyanın ən qədim küçəsi tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Türkiyənin Karaman vilayətindəki Canhasan 3 Höyük ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 9750 il əvvələ aid olan dünyanın ən qədim küçəsi aşkar edilib.

Əvvəllər Çatalhöyükdə tapılmış küçə dünyanın ən qədim küçəsi hesab edilirdi, lakin yeni kəşf ondan ən azı 750 il əvvələ aiddir.

Tədqiqatçılar bu kəşfin Neolit dövründə erkən şəhərsalmanın inkişafı ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuduğunu bildirirlər.

Arxeoloqların açıqlamasına görə, küçə boyunca evlər bir-birinə yaxın yerləşdirilmiş və dam örtüklü olub. Evlər arasındakı keçidlər insanların və mal-qaranın hərəkəti üçün nəzərdə tutulub və erkən şəhərsalma konsepsiyalarının həm funksional, həm də simvolik elementlərini əks etdirir.

Bundan əlavə, iki evi birləşdirən yeraltı keçidlər də aşkar edilib.

Alimlər tapılan küçələrin dini və ya kommunal funksiyasını, həmçinin Neolit dövrü Anadoluluların gündəlik həyatını, sosial münasibətlərini və yaşayış şəraitini araşdırmaq üçün memarlıq, artefaktlar və ətraf mühit şəraitini təhlil edəcəklər.

media-f992967a54e78aa469930d097baf9400-webp media-9f20bea1b8dbfe1e040612fe95c8f2b9


Bənzər xəbərlər