media-inshot_20250822_190557729

Astarada oğul anasını qətlə yetirib.

Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, Astara şəhərində 26 yaşlı Murad Kazım oğlu Kazımzadə anası 47 yaşlı Məhəbbət Nurəddin qızı Qasımovaya aralarında yaranmış mübahisə zamanı bıçaqla bir neçə zərbə endirərək onun ölümünə səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi üzrə araşdırma davam etdirilir.


Bənzər xəbərlər