Astarada motosiklet qəzası: Gənc oğlan dünyasını dəyişdi
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Züngüləş kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ərçivan qəsəbə sakini 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə İsti-Su yolunda hərəkətdə olarkən idarəetməni itirib.






