media-inshot_20250723_151841120

Dünyanın COVİD 19-un təsirlərindən hələ də tam xilas olmadığı bir vaxtda kosmosdan gələn yeni təhlükə barədə xəbərdarlıqlar edilib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, astrobioloq Barri DiQreqorio bildirib ki, NASA-nın Marsdan nümunələr gətirmək planı Yer üçün ciddi bioloji risk yarada bilər. Onun sözlərinə görə, Marsdan gətiriləcək torpaq və qaya parçaları naməlum patogenlərlə yüklənmiş ola bilər:

“Bu, sadəcə elmi fantastika filmlərində deyil, real dünyada da kabusa çevrilə bilər”, – deyə astrobioloq qeyd edib.

DiQreqorio xəbərdarlıq edib ki, ekstremal şəraitdə yaşamağa uyğun mikroorqanizmlər Yerdə sürətlə yayıla və yeni bir idarəolunmaz epidemiyaya səbəb ola bilər. O, bu nümunələrin nəzarətsiz şəkildə Yerə gətirilməsinin yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, NASA-nın Planetlərin Mühafizəsi üzrə keçmiş əməkdaşı Ketrin Konli də Marsdan gətiriləcək bu nümunələrin Yerdəki həyatla çirklənə biləcəyini bildirdib. Konlinin bu açıqlamalardan sonra NASA-dan uzaqlaşdırıldığı da iddia olunur.


Bənzər xəbərlər