Atatürk prospekti ətrafında dayanma-durma qaydalarının pozulması tıxaca səbəb olur - VİDEO
Patrul.az qaynar xəttinə videogörüntü göndərən vətəndaş Atatürk prospekti ilə birləşən küçələrdən birində müşahidə olunan qayda pozuntusu ilə bağlı narazılığını bildirib.
Şikayətçinin sözlərinə görə, sözügedən ərazidə saat 09:00-dan 21:00-dək dayanma və durmanın qadağan olunmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlayırlar. Nəticədə yolun bir hissəsi zəbt olunur və nəqliyyat vasitələrinin sərbəst hərəkəti məhdudlaşır.
Videogörüntünün müəllifi bildirir ki, hadisə saat 18:30 radələrində qeydə alınıb. Həmin vaxt yolun kənarında saxlanılan avtomobillər hərəkət zolağının bir hissəsini tutduğundan nəqliyyatın sıxlığı artır və Atatürk prospekti istiqamətində tıxacın yaranmasına səbəb olur.






