Bu küçədə avtobus zolağı ləğv edildi - VİDEO
Sosial şəbəkələrdə Əli Vəliyev küçəsindən Mehdi Abbasov küçəsinə döndükdən sonrakı hissədə yerləşən avtobus zolağının ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Patrul.az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayılan məlumatı təsdiqləyib.
Qurumdan bildirilib ki, avtobus marşrutlarının daha səmərəli fəaliyyəti və sürətli hərəkətinin təmin edilməsi məqsədilə avtobusların hərəkəti alternativ küçə ilə təşkil olunub. Bu səbəbdən Mehdi Abbasov küçəsindən keçən kiçik hissədə təşkil edilmiş xüsusi hərəkət zolağı artıq ləğv edilib.
AYNA-nın məlumatına görə, dəyişiklik ictimai nəqliyyatın fəaliyyətinin optimallaşdırılmasına və sərnişindaşımanın daha effektiv təşkilinə xidmət edir.






