media-inshot_20260508_115020229

Rusiyada atəşkəs dövründə də Ukrayna PUA hücumlarını davam edir.

Patrul.az bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 may 2026-cı il tarixli məlumata əsasən, gecə saat 00:00-dan səhər 07:00-dək Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 264 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Hücumlar əsasən Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Rostov, Ryazan, Smolensk, Tula, Ulyanovsk və Yaroslavl vilayətlərini əhatə edib.

Məlumata görə, xüsusi hərbi əməliyyat zonasında ümumilikdə 1365 atəşkəs pozuntusu qeydə alınıb.

Rusiya tərəfi də atəşkəsin pozulmasına eyni dərəcədə cavab verərək çoxmərtəbəli raket sistemləri, artilleriya və minaatan mövqelərinə, eləcə də komanda məntəqələrinə və PUA buraxılış məntəqələrinə cavab zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, əgər Ukrayna 9 May Qələbə Günü tədbirlərini pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə kütləvi raket zərbəsi endirilə bilər. Bu səbəbdən mülki əhali və diplomatik personalın paytaxtı tərk etməsi tövsiyə olunub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsinin 81-ci ildönümü münasibətilə xüsusi hərbi əməliyyat zonasında atəşkəs elan edilib. Atəşkəs 8 may saat 00:00-dan 10 mayadək qüvvədə olacaq.

Ukrayna tərəfi isə bu atəşkəsi rəsmən qəbul etməyib və bunu Rusiyanın “təbliğat gedişi” kimi qiymətləndirib. Bundan əlavə, Kiyev Rusiyanın bir neçə gün əvvəl Ukraynanın elan etdiyi atəşkəsi pozaraq zərbələr endirdiyini iddia edib.

Məlumat üçün bildirək ki, Moskvada 9 May paradında tankların və hərbi texnikanın iştirakı məhdudlaşdırılıb, həmçinin şəhərdə mobil internet və naviqasiya sistemlərinin işində məhdudiyyətlər tətbiq olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər