media-inshot_20260408_111242421

İranla ABŞ arasında müharibənin 40-cı günündə Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsdən sonra Tehran tərəfi Hörmüz boğazının gəmiçilik üçün iki həftə ərzində açacağını bildirib.

Patrul.az xəbər verir ki, atəşkəsə müsbət reaksiya verən Cənubi Koreya isə Hörmüz boğazının mümkün qədər tez açılmasına səy göstərəcəyini açıqlayıb.

Bu barədə ölkənin Mavi Evi (Prezident Administrasiyası) məlumat yayıb.

Məlumata görə, Seul gəmilərinin təhlükəsizliyini təmin etmək üçün gəmiçilik şirkətləri ilə məsləhətləşmələr aparmağı və müvafiq ölkələrlə əlaqələri gücləndirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, atəşkəs xəbərindən dərhal sonra dünya bazarında neftin qiyməti kəskin şəkildə (təxminən 13–15%) ucuzlaşaraq 100 dollardan aşağı düşüb.

Qeyd edək ki, Tehran boğazdan keçən gəmilərdən təxminən 2 milyon dollar məbləğində keçid haqqı almaq hüququ əldə edib və bu vəsait Omanla bölüşdürüləcək.


Bənzər xəbərlər