media-inshot_20260421_175539533

“Atəşkəsin uzadılmasını istəmirəm. Bizim çox vaxtımız yoxdur. Hərbi cəhətdən hərəkətə keçməyə hazırıq”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, ordusunun müharibəyə başlamağa hazır olduğunu vurğulayıb:

“Ordu başlamağa hazırdır… Dünyanın ən güclü ordu qüvvələri bizdədir. Ordunu gücləndirmək üçün böyük vəsait ayrılıb, bunu hamı bilir”.

Tramp daha sonra ölkəsini İranla müqayisə olunmayacaq dərəcədə üstün tutub:

“Biz onlardan daha güclüyük, onlar bizimlə müqayisə oluna bilməzlər”, – deyə o, vurğulayıb.

Danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə atəşkəsin uzadılması ehtimalı ilə bağlı suala da ABŞ Prezidenti belə cavab verib:

“Mən bunu etmək istəmirəm. Bizim o qədər də çox vaxtımız yoxdur”.

Qeyd edək ki, Tramp özünün “Truth Social” platformasında etdiyi paylaşımda İranı atəşkəsi pozmaqda günahlandırıb.

Məlumat üçün bildirək ki, aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ, İran və İsrail arasında əldə olunan 2 həftəlik razılaşmanın müddəti bu gün başa çatır.


Bənzər xəbərlər