Avropa Komissiyasının rəhbəri Putini “yırtıcı” adlandırdı
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt açıqlama verib.
Patrulaz.az xəbər verir ki, Latviyaya səfəri zamanı çıxış edən fon der Lyayen Putini “yırtıcı” adlandıraraq bildirib ki, Kreml illərlə hibrid üsullarla Avropa cəmiyyətlərinə hücum edir:
“Putin yırtıcıdır. Onun vasitəçiləri illərlə hibrid üsullarla, o cümlədən kiberhücumlarla cəmiyyətlərimizə hücum edir. Miqrantlardan silah kimi istifadə etmək də başqa bir nümunədir. Təəssüf ki, Latviya bunu çox yaxşı bilir”.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Ukraynanın müdafiəsinin gücləndirilməsi Avropa İttifaqının da təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır:
“Sizin bu sahələrin hamısında acı təcrübəniz var. Ona görə də Ukraynanın müdafiəsini gücləndirərkən biz öz müdafiəmiz üçün də daha böyük məsuliyyət götürməliyik. Məhz bu məntiqdə biz 800 milyard avroluq müdafiə-sənaye planını birlikdə başladıq”.






