Avropa müharibəyə hazırlaşır?
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Fransa və Avropa üçün təhlükəyə çevrildiyini deyib və gələn həftə paytaxt Parisdə bütün Avropa ordu komandirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırdığını bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Avropalı müttəfiqləri ilə qitəni Rusiyadan gələn təhdidlərdən qorumaq üçün Fransanın nüvə qarşısının alınması ideyasını müzakirə edəcəyini bildirib. Makron həmçinin ABŞ prezidenti Donald Trampı Avropadan idxal olunan məhsullara rüsum tətbiq etməməyə inandırmağa ümid etdiyini bildirib.