media-img_7142

Alfred tropik siklonunun təsirli olduğu Avstraliyanın Kvinslend əyalətində köpək balıqlarının kanallarda üzdüyü görülüb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, alfred tropik siklonu Kvinslendə mənfi təsir göstərməkdə davam edir.

Siklonun yaratdığı leysan yağışları davam edərkən, bu vəziyyətdən ən çox zərər çəkən Qızıl Sahil bölgəsinin sakinləri kanallarda üzən köpək balıqlarına baxıblar.

Vətəndaşların sosial şəbəkədə paylaşdığı görüntülər minlərlə insan tərəfindən izlənilib.

Qeyd edək ki, Avstraliyada martın 6-da Alfred tropik siklonunun şərqdəki Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarına yaxınlaşdığı bir vaxtda bölgədəki məktəblər bağlanıb və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.


Bənzər xəbərlər