Avstraliyalı aktrisa 47 yaşında yeddinci dəfə ana olub
Avstraliyalı aktrisa Madelin West 47 yaşında yeddinci dəfə ana olub.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, məşhur aktrisa şənbə günü “İnstagram” hesabında etdiyi paylaşımla yeni doğulmuş körpəsini izləyicilərinə təqdim edib.
West paylaşımında körpənin sağlam və yaxşı vəziyyətdə olduğunu bildirib. Körpənin üzünün yalnız bir hissəsinin göründüyü fotoya, “Nəhayət dünyaya gəldi və tamamilə qüsursuzdur” şərhini yazıb.
Tanınmış aktrisa körpənin adı və cinsi ilə bağlı isə hələ heç bir açıqlama verməyib.
Westin paylaşımı qısa müddətdə yüzlərlə təbrik mesajı ilə dolub. Aktrisanın yaxın dostlarından Alex Fevola, “Təbrik edirəm! Bu dəyərli zamanın dadını çıxar,” deyə paylaşımın şərh bölməsində qeyd edib. Digər tanınmış sima Şelley Kraft isə, “Bütün sevgimi və sarılmalarımı göndərirəm. Təbriklər,” deyə bildirib.
Ləman Sərraf