Avtobus qəzası: 14 nəfər ölüb, 23 nəfər yaralanıb
Hindistanın Andxra-Pradeş ştatında avtobusla yük maşınının toqquşması nəticəsində azı 14 nəfər həlak olub, 23 nəfər isə xəsarət alıb.
Patrul.az xəbət verir ki, bu barədə martın 26-da yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, qəza şəxsi turist avtobusunun yük maşını ilə üzbəüz toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra avtobus aşıb və yanmağa başlayıb. Nəticədə sərnişinlər nəqliyyat vasitəsinin içində qalıb və dərhal oranı tərk edə bilməyiblər.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilir. Regionun rəhbəri Çandrababu Naydu qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.






