media-img_5136

Son günlər bir sıra xəbər saytlarında avtomobil idxalı və satışı sahəsində fəaliyyət göstərdüyü bildirilən “Alliance Auto” şirkəti ilə bağlı şikayət xarakterli məlumatlar yayılıb.

Məlumatlarda qeyd olunur ki, Mingəçevir sakini şirkətə 23 200 manat vəsait ödəsə də, sifariş etdiyi avtomobil ölkəyə gətirilməyib. İddialara görə, sifarişdən aylar keçməsinə baxmayaraq nə nəqliyyat vasitəsi təhvil verilib, nə də ödəniş geri qaytarılıb.

Yayılan xəbərlərdə bildirilir ki, vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. “Alliance Auto” şirkətinin rəhbəri Orxan Kərimov mediaya açıqlamasında avtomobillərin ölkəyə gətirilməsində gecikmə yarandığını bildirib. O qeyd edib ki, 18 fevral 2026-cı il tarixinədək avtomobil təhvil veriləcək, əks halda ödəniş tam şəkildə geri qaytarılacaq.

Adı çəkilən TikTokerlər Elvin Şahverdiyev, Selcan Orucova və Səxavət Qurbanov məsələ ilə bağlı Patrul.az-a açıqlama veriblər.

Elvin Şahverdiyev bildirib ki, təxminən bir il əvvəl “Alliance Auto” ilə sosial şəbəkə üzərindən reklam əməkdaşlığı edib. Onun sözlərinə görə, əməkdaşlıqdan əvvəl şirkətin təqdim etdiyi sənədlərlə tanış olub və həmin dövrdə hüquqi problem müşahidə etmədiyi üçün paylaşım edib. O, hazırda yayılan iddialarla bağlı əvvəlcədən məlumatının olmadığını vurğulayıb.

Selcan Orucova və Səxavət Qurbanov isə qeyd ediblər ki, şirkətdə çalışdıqları müddətdə hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar və işlədikləri dövrdə bu kimi şikayətlər barədə məlumatları olmayıb.

Günay Salayeva


Bənzər xəbərlər