Avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Masallıda avtomobili cızan şəxs cərimələnib.
Patrul.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib.
26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir – red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus “Changan Unı-T” markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.
Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.
Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib.
Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.






