Gəncədə şəhid adına olan park baxımsızlıqdan gileylənir - VİDEO
Redaksiyamıza müraciət edən Bakı sakini Aynurə Sədirxanova onlayn satış zamanı saxta ödəniş qəbzi vasitəsilə dələduzluğa məruz qaldığını iddia edir.
Onun sözlərinə görə, iyunun 28-də bir nəfər geyim sifariş edərək ödənişi bank kartı vasitəsilə etdiyini bildirib və buna dair ödəniş qəbzi göndərib. Daha sonra isə sifarişi ləğv etdiyini bildirərək ödənilmiş məbləğin geri qaytarılmasını istəyib. Satıcı təqdim olunan qəbzə inanaraq əvvəlcə 100 manatı həmin şəxsə geri köçürüb.
Zərərçəkmiş iddia edir ki, sonradan bu hadisədə ər-arvad olduğu ehtimal edilən iki nəfərin iştirak etdiyi məlum olub. Onun sözlərinə görə, həmin şəxslər eyni üsuldan istifadə edərək ümumilikdə 300 manatı ələ keçiriblər. Bildirilir ki, göndərilən ödəniş qəbzləri saxta olub və satıcının bank hesabına heç bir vəsait daxil olmayıb.
Şikayətçinin sözlərinə görə, o, dəfələrlə qarşı tərəflə əlaqə saxlamağa cəhd etsə də, nəticə əldə edə bilməyib. Daha sonra isə həmin şəxslər tərəfindən bloklanıb.
Patrul.az olaraq ümid edirik ki, aidiyyəti hüquq-mühafizə orqanları məsələni araşdıracaq, səsləndirilən iddialara hüquqi qiymət veriləcək və bu kimi dələduzluq hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər görüləcək.






