media-d80828d2-90c9-40de-a014-d7a9b302a9d9

Patrul.az redaksiyasına daxil olan şikayətə görə, TikTok platformasında fəaliyyət göstərən, “Forma Dünyası” adlı və @forma.net istifadəçi adı ilə tanınan səhifənin vətəndaşları aldatdığı iddia olunur.

Şikayətçinin sözlərinə görə, sifariş zamanı məhsulun dəyərinin yarısı əvvəlcədən ödəniş kimi tələb olunur. Lakin məhsulun təhvil verilmə vaxtı çatdıqda səhifə sahibi zənglərə və mesajlara cavab vermir.

Şikayətçi iddia edir ki, başqa telefon nömrəsindən və ya fərqli hesabdan əlaqə saxlanıldıqda cavab verilsə də, ödəniş etmiş şəxslərin müraciətləri cavabsız qalır.

Şikayətçi aidiyyəti hüquq-mühafizə orqanlarından məsələni araşdırmağı, səsləndirilən iddialara hüquqi qiymət verilməsini və zərərçəkənlərin hüquqlarının təmin olunmasını xahiş edir.

Patrul.az olaraq bildiririk ki, yazıda yer alan məlumatlar şikayətçinin iddialarına əsaslanır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

media-6bee1c49-8d2c-43a0-85de-fb245f928dba media-3c06e273-d869-4338-9c57-c58ac9c98f33


Bənzər xəbərlər