media-inshot_20250820_135256244

İngiltərədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Hertfordşir əyalətində 27 yaşlı polis məmuru Marcin Zielinski, Lea-Ann adlı qadının evində axtarış işləri apararkən onun alt paltarını oğurlayıb.

Hadisə zamanı qadın həbs olunsa da, polis əməkdaşının etdiyi oğurluq qadının həyat yoldaşının təhlükəsizlik kamerasına baxması nəticəsində ortaya çıxıb. Araşdırmalar zamanı polisin evində qadına aid olmayan daha 15 alt paltarının tapılması da maraqlı məqam olub.

Polis rəisinin müavini Genna Telfer iş yoldaşının hərəkətini pisləyib:

“Zielinski həm ictimaiyyətə, həm də qüvvəyə xəyanət etdi. Onun hərəkətləri polisin nüfuzuna böyük zərbə vurdu”.

Qeyri-adi hadisə nəticəsində polis oğurluqda və polis səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib və 4 ay müddətinə həbs edilib.

media-polis-arama-yaptigi-evde-ev-sahibi-kadinin-ic-18964445_7609_m media-polis-arama-yaptigi-evde-ev-sahibi-kadinin-ic-18964445_7482_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər