media-inshot_20260121_144425412

Hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantı – Davos İqtisadi Forumu artıq yanvarın 19-dan öz işinə başlayıb. 4 gün davam edəcək toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və artıq bir sıra şirkət rəhbərləri görüşlər keçirib.

Milli Məclisin deputatı Azər Kərimli Patrul.az-a bu Forumun ölkəmiz üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb:

“Ümumdünya Davos İqtisadi Forumunun illik toplantısı qlobal iqtisadiyyat, siyasət, enerji, texnologiya və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir. Burada dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatlar, transmilli şirkətlərin rəhbərləri və ekspertlər bir araya gələrək dünya gündəmini formalaşdıran qərar və yanaşmaları müzakirə edirlər”.

Millət vəkili, Davos Forumun qlobal iqtisadi trendlərin və risklərin müəyyənləşdirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, yeni investisiya və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından unikal platforma olduğunu söyləyib:

“Forumda aparılan müzakirələr çox vaxt beynəlxalq iqtisadi və siyasi proseslərə real təsir göstərir.

Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və artan geosiyasi rolunun göstəricisidir”.

media-img-20260121-wa0034

A.Kərimli bu iştirakın daşıdığı bir neçə mühüm əhəmiyyəti sadalayıb:

1. Enerji sahəsində mövqelərin möhkəmləndirilməsi

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Forum çərçivəsində aparılan görüşlər ölkəmizin etibarlı enerji təchizatçısı kimi rolunu, həmçinin “yaşıl enerji” layihələrini beynəlxalq auditoriyaya təqdim etmək üçün vacib fürsətdir.

2. İnvestisiya və iqtisadi əməkdaşlıq

Davos Azərbaycan iqtisadiyyatının potensialının, nəqliyyat-logistika imkanlarının və biznes mühitinin tanıdılması üçün əlverişli platformadır. Xarici investorlarla birbaşa təmaslar yeni layihələrin cəlb edilməsinə şərait yaradır.

3. Geosiyasi və regional məsələlər

Regionda baş verən proseslər, post-münaqişə dövründə bərpa və inkişaf, Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyi Azərbaycan tərəfindən birbaşa beynəlxalq liderlərə çatdırılır.

4. Beynəlxalq dialoq

Cənab Prezidentin panel müzakirələrində və ikitərəfli görüşlərdə iştirakı Azərbaycanın mövqeyini birbaşa, vasitəsiz şəkildə ifadə etməyə imkan verir və ölkənin beynəlxalq imicini gücləndirir”.

“Davos Forumunda iştirak Azərbaycan üçün sadəcə protokol xarakterli səfər deyil. Bu, ölkəmizin qlobal iqtisadi və siyasi proseslərin aktiv iştirakçısı olduğunu nümayiş etdirən, strateji maraqların müdafiəsi və yeni imkanların yaradılması baxımından əhəmiyyətli diplomatik platformadır”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər