media-img_20250714_225214_625

İranın ali rəhbəri Ayətullah Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirib.

Patrulaz.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, o, Pakistanın daxili işlər naziri ilə görüşdə Qafqaz regionundakı vəziyyət və Azərbaycanla bağlı iradlarını açıq şəkildə dilə gətirib.

Vilayəti görüş zamanı deyib:

“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Onların arasında Əl-Culani ilə sionist rejim arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ən qızğın çağında İsrailə neft ixrac edib”.

İran rəsmisi əlavə edib:

“Siz onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar atılır?”, -deyə o Azərbaycan barəsində əssazı və sərt ifadələr işlədib.

Qeyd edək ki, İran rəsmiləri son illərdə dəfələrlə Azərbaycanın müstəqil xarici siyasətini tənqid edib, İsrail-Azərbaycan əməkdaşlığına qarşı narahatlıqlarını dilə gətiriblər. Rəsmi Bakı isə bu kimi açıqlamaları qərəzli və beynəlxalq hüquqa zidd müdaxilə kimi dəyərləndirib.


Bənzər xəbərlər