media-c0c830b1-3084-4a1b-ad45-18b90b1d5dc8

“Bu gün Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda Avropanın enerji təhlükəsizliyi milli təhlükəsizlik qədər vacib bir məsələyə çevrilmişdir. Avropa İttifaqına daxil dövlətlər Rusiyadan idxal olunan qazın həcimlərini əvəzləmək üçün alternativ mənbələr axtarışındadırlar. Amma İtaliya Azərbaycanın dost ölkəsi olduğundan və uzun illər əvvəl formalaşmış əməkdaşlığımız sayəsində Avropanın enerji sahəsində qarşılaşdığı müəyyən çətinliklərdən yan keçməsinə imkan yaratmışdır. Azərbaycan İtaliyanın enerji təhlükəsziliyinin əsas təminatçısıdır. Eyni zamanda Azərbaycanın xarici ticarət dövrüyyəsində İtaliya ilk yerlərini qoruyub saxlayır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

media-badamov-chili-640x408

O bildirib ki, 2024-cü ildə Azərbaycandan İtaliyaya 10,9 milyard dollar həcmində mallar ixrac olunub: “O cümlədən İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalmaqdadır. 2024-cü ildə Azərbaycan İtaliyaya 11 milyon tona yaxın neft ixrac etmişdir. 2020-ci ildə TAP boru kəmərinin istismara verilməsi Xəzər dənizində istehsal olunan mavi yanacaqın İtaliyaya qədər çatmasına yol açmışdır. Belə ki, İtaliyanın qaz idxalında Azərbaycan əsas yer tutur. Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq ancaq neft-qaz sektoru ilə kifayətlənmir. İtaliyanın bərpaolunan enerji sahəsində böyük təcrübəsi vardır.

Azərbaycan özünün bərpaolunan enerji sektorunun inkişaf etdirilməsində İtaliya ilə əmədaşlığını genişləndirməklə daha yaxşı nəticələrə nail ola bilər. O cümlədən, Azərbaycan-Türkiyə- Gürcüstan və Bolqarıstan arasında imzalanmış Yaşıl dəhlizinin yaradılmasına dair saziş ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa bazarlarına nəql edilməsinə imkan yaradacaqdır. Bəli, Azərbaycanla İtaliya arasında enerji sahəsində genişlənən əməkdaşlıq iki ölkə arasında dostluq və qardaşlığqın möhkəmlənməsinə, ölkələrimiz arası əməkdalığın geniş spektrdə inkişafına yol açır”.

Səbinə Hüseynli


Bənzər xəbərlər