media-img_6456

“Azərbaycan Respublikası qlobal sistemin yüksələn gücü olaraq ikitərəfli əlaqələrini inkişaf etdirir və fərqli bölgələrdə strateji tərəfdaşlarının sıralarını möhkəmləndirir. Afrika ölkələri ilə əlaqələr də məhz bu kontekstdən dəyərləndirildikdə, Qvineya-Bisaunun prezidentinin ölkəmizə səfəri kifayət qədər önəmli xarakter daşıyır. Əlaqələrin inkişaf tarixinə nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək olur ki, fərqli platformalarda çoxtərəfli münasibətlərdə qarşılıqlı etimada və dostluq münaaibətlərinə əsaslanan yanaşma var”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.


O bildirib ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi önəmli platformalar çərçivəsində qurulmuş əlaqələr bugünkü əlaqələrin inkişaf səviyyəsinə ciddi töhfələr verib: “Ona görə də, artıq ikitərəfli münasibətlərdə yeni yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində önəmli addımlar atılır. Müdafiə sənayesi, təhsil, səhiyyə və bir sıra başqa strateji sahələrdə, eləcə də yeni investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində danışıqlar uğurlu şəkildə aparılır. Həmçinin ASAN Xidmət nümunəsində dövlət idarəçiliyin Azərbaycan modelinin öyrənilməsi Qvineya-Bisaunun yeni idarəçilik sistrminin formalaşdırılması üçün mühüm töhfə ola bilər. Nəticə etibarilə, Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli əlaqələrin yaxın gələcəkdə də yüksələn xətlə inkişaf edərək yeni bir mərhələyə daxil olacağını ehtimal etmək olar”.

Səbinə Hüseynli


Bənzər xəbərlər