“Azərbaycan regionun iqtisadi inteqrasiyasında xüsusi töhfəsi olan ölkədir” – DEPUTAT DANIŞDI
“Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Belə ki, Cənubi Qafqaz iqtisadiyyatının 70 faizə yaxını məhz Azərbaycanın payına düşür. Buna görə də Azərbaycan Cənubi Qafqazda həm iqtisadiyyatın formalaşmasında, həm də regionun inkişafında xüsusi paya malik olan ölkədir.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan regionda praktik olaraq regional layihələri həyata keçirir: “Azərbaycanın reallaşdırdığı layihələr Cənubi Qafqazı Avropa ilə birləşdirir. Buna görə də Azərbaycan regionun iqtisadi inteqrasiyasında xüsusi töhfəsi olan ölkələrdəndir.
Enerji və nəqliyyat layihələri vasitəsilə Cənubi Qafqazın Avropaya və dünyaya inteqrasiyası reallaşır. Bu konteksdən Azərbaycan Cənubi Qafqazın inkişafına töhfə verən ölkədir”.