media-inshot_20250911_095931611

İran vətəndaşları Azərbaycana qanunsuz keçməyə cəhd ediblər.

Bu barədə Patrulaz.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 9-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 23 yaşlı, Sadeq Necat Muhammed Reza Ruhullah və 25 yaşlı Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb.

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.


Bənzər xəbərlər