Azərbaycan “Starlink”lə sürətli internet dövrünə qədəm qoyur
Azərbaycanda “Starlink Azerbaijan” MMC rəsmi olaraq qeydiyyata alınıb.
Patrulaz.az xəbər verir ki, şirkət 4 iyun tarixində dövlət qeydiyyatına daxil edilib. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) şirkətin müraciəti əsasında uçotun aparılmasını təmin edib.
“Starlink” peyk texnologiyası vasitəsilə ölkədə yüksək sürətli internet xidməti təqdim edəcək,” – deyə İKTA-dan bildirilib.
Qeyd edək ki, “Starlink” xidmətləri Azərbaycan bazarında internetin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyır.






