media-photo-output

Etibarnamələrin ləğvi məsələsi Azərbaycanda hələ də müzakirə mövzusudur. Bildiyiniz kimi, bir sıra inkişaf etmiş ölkələrdə etibarnamə sistemi artıq ləğv edilib və bu, müəyyən üstünlüklər yaradır.

Bəs Azərbaycanda etibarnamələrin ləğv olunması nə vaxt reallaşa bilər?

Bu barədə nəqliyyat eksperti Rövşən Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, ölkəmizdə etibarnamələrin ləğvi ilə bağlı rəsmi qərar yoxdur. Onun sözlərinə görə, əgər etibarnamə sistemi ləğv olunsa, yalnız qeydiyyat sənədi və sığorta kifayət edəcək:

“Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamənin ləğvi barədə hələlik rəsmi məlumat yoxdur və bu mövzu yalnız müzakirə predmetidir. Qeyd etmək istərdim ki, bu, tam qanuni şəkildə qüvvəyə minməyənədək respublika ərazisində bu qayda üzrə dəyişiklik aparmaq mümkün deyil.

Lakin digər inkişaf etmiş dövlətlərdə etibarnamə sistemi artıq ləğv olunub və bu, bir çox üstünlüklər təqdim edir. Hazırkı sistem isə bəzi maneə və çətinliklər yaradır. Yol Hərəkəti Haqqında Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin aparılması gözlənilir. Etibarnamə ləğv edildiyi təqdirdə yalnız qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi və sığortanın sistem üzərindən mövcudluğu kifayət edəcək. Bu yanaşma digər inkişaf etmiş ölkələrdə özünü doğruldub.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər