Azərbaycan Türkiyəyə qaz tədarükündə Rusiyanı ötüb - STATİSTİKA
Azərbaycan Türkiyəyə qaz tədarükündə Rusiyanı ötüb.
Patrulaz.az xəbər verir ki, iyun ayının nəticələrinə görə, Azərbaycan bir ildən artıq müddətdə ilk dəfə olaraq Türkiyəyə qaz tədarükçüləri arasında birinci yeri tutub.
Belə ki, bu ay ərzində Azərbaycanın Türkiyəyə qaz ixracı təqribən 1,02 milyard kubmetr olub. Rusiya 970 milyon, İran 697 milyon, Türkmənistan isə 103 milyon kubmetr qaz tədarük edib.
Qeyd edək ki, ümumilikdə Türkiyənin qaz idxalı 36,9% artaraq 3,17 milyard kubmetr təşkil edib. Bu göstəricidə 377 milyon kubmetr LNG payı da var. İyun ayının sonunda Türkiyənin anbarlarındakı qaz ehtiyatları 9% artaraq 3,77 milyard kubmetr təşkil edib.






