“Davos İqtisadi Forumu 50 ildən artıqdır ki, həyata keçirilir. Bu forumun ən böyük üstünlüyü dünyanın iqtisadi biznes mühitinin ən mühüm şəxslərini əhatə edir. Ən son baş tutmuş forumda 60-a yaxın hökumət və dövlət rəhbəri iştirak edib. Eyni zamanda mindən çox şirkətin rəhbəri də forumda iştirak edib. Bu da imkan yaradır ki, əlaqələr, problemlərin həlli baxımından müzakirələr həyata keçirilsin”.

Bu sözləri “Patrulaz”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.


O bildirib ki, Azərbaycan üçün forumun əhəmiyyəti ölkəyə xarici investorların cəlb edilməsi ilə bağlıdır: “Bu baxımdan ölkəmizin Davos İqtisadi Forumunda iştirak etməsi digər ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından da olduqca vacibdir.

Forum hər hansı qətnamənin qəbul edilməsi ilə bağlı qarşısına məqsəd qoymayıb, amma yüksək səviyyəli zirvə görüşlərini təşkil edir”.


Bənzər xəbərlər