Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 36% artıb
Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsində ciddi artım müşahidə olunub.
Patrulaz.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 593,7 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 157,2 milyon dollar və ya 36% çoxdur.
Qeyd edək ki, tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar və birgə layihələr davam etdirilir.






