media-aeb8e01e-0b56-434c-9439-33cd1a91be71


“Yaxın qonşu və dost dövlətlər olan Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun intensivliyi daha da artmaqdadır. İki ölkə arasında  münasibətlər regional əməkdaşlığa da gözəl nümunədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Aprelin 16-da isə Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvilinin dövlət başçısı postuna seçildikdən sonra ilk səfərinin ölkəmizə etməsi isə Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin, xalqlarımızın dostluğunun, qardaşlığının göstəricisi kimi dəyərləndirilə bilər”.

Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Patrulaz.az-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qürurverici haldır:

“İki ölkə arasında imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” strateji tərəfdaşlığın təməlini qoyan sənəddir və son illərdə digər sazişlərin imzalanması dostluğu strateji zirvəyə yüksəldib. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünə dəstək verir və beynəlxalq təşkilatlarda əlaqələndirlmiş fəaliyyətlər həyata keçirirlər. Eyni zamanda, həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqaz coğrafiyasında sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdırlar”.

media-a1719fb9-1aa6-4aa6-9ff6-d16d1de11051

A.Hüseynov bildirib ki, Azərbaycan və Gürcüstan aralarındakı siyasi dialoqun, etimad mühitinin yüksək səviyyəsinə uyğun olaraq bir sıra nəhəng enerji və nəqliyyat layihələrini digər tərəfdaş dövlətlərin iştirakı ilə uğurla reallaşdırmağa nail olublar:

“İndiyədək iki ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi transmilli enerji layihələrini reallaşdırmağa nail olublar. Nəqliyyat-tranzit seqmentini ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirə bilərik. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər göstərilib. Hazırda Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsini reallaşdıran ölkələrdir”.

Ləman Sərraf


Bənzər xəbərlər