media-2025071613314641

İranın Kərəc şəhərinin keçmiş cümə imamı Şeyx Yunis Turabi çıxışında həm  Azərbaycan, həm də İran liderinin ünvanına təhqiramiz ifadələr işlədib.

Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, molla Azərbaycanı İsrailin hərbi planlarına səssiz qalmaqda ittiham edərək, Təl-Əvivin bölgədə hərbi mövcudluğuna şərait yaratdığını bildirib.

O, eyni zamanda öz ölkəsinin Prezidenti Məsud Pezeşkianı Trampa cavab verməməkdə və Qərbə qarşı zəiflik göstərməkdə günahlandırıb.

Mollanın çıxışını təqdim edirik:

Lakin bu əssasız iddia və təhqirlərə cavab gecikməyib. Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərqi mollanın çıxışına sərt cavab verib:

“Bir molla prezidentə qarşı bu cür söz deməməlidir. Bu cür adamlar zibilxanaya atılmalıdır”, – deyərək o bildirib ki, xalqın seçdiyi prezidentə qarşı təhqir yolverilməzdir və bu cür şəxslər cəmiyyətin birliyini pozur.

Təbriz rəsmisinin mollaya reaksiyasını təqdim edirik:


Gülbəniz Səfərova


Bənzər xəbərlər