media-inshot_20260121_132134248

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Patrul.az “APA”-nın Davosa ezam olunmuş əməkdaşına əsasən xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

media-69709604b0ca069709604b0ca1176898611669709604b0c9e69709604b0c9f media-69709604b7bd869709604b7bd9176898611669709604b7bd669709604b7bd7 media-69709604c5bc269709604c5bc3176898611669709604c5bc069709604c5bc1


Bənzər xəbərlər