Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Patrulaz.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabındakı paylaşımda deyilir.
Məlumata görə, Məhəmməd İshaq Dar telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksəksəviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.