media-img_0534

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.  

Patrulaz.az Ajans.az-a istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü  Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər