media-635ea873-08c2-3dd0-89a0-7c8374120d44_850

Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Patrulaz.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən , “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları “Dövlət rüsumu haqqında” qanuna uyğun hazırlanıb.

“E-bildiriş” Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.


Bənzər xəbərlər