Azərbaycanda iranlı tələbələrin pozğun fəaliyyətlərlə məşğul olması ilə bağlı YENİ FAKTLAR
Bir müddət əvvəl mediada İrandan Azərbaycana ali təhsil üçün gələn tələbə qızların fahişəliklə məşğul olduqları barədə məlumatlar yayılmışdı.
“MOUZE” teleqram kanalı xəbər verirdi ki, İran vətəndaşları olan bu tələbələr ölkəmizdə ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırılıblar. Həmin qızlardan 11 nəfərin Azərbaycana girişinə qadağa qoyulmuş, 5 nəfər isə deportasiya edilmişdi.
Patrulaz.az xəbər verir ki, Demokrat.az-ın həmin vaxt araşdırmalarına görə, qızlarla əlaqədə olan iş adamı “Landmark” Biznes Mərkəzinin sahibi Samir Efruz Mudiroğlu olub. Qızların xarici diplomatlarla əlaqələrinin qurulması da məhz onun vasitəsilə həyata keçirilib.
Məlum deyil ki, Mudiroğlu bu qızlardan yalnız şəxsi məqsədləri üçün istifadə edib, yoxsa başqa məsələlər də mövcuddur. Həmçinin onun qızlarla diplomatların görüşlərini təşkil edib prosesi qeydə aldırdığı ehtimalları da səsləndirilir.
2025-ci il 25 avqust tarixində isə məsələ barəsində yeni faktlar ortaya çıxıb. “Minval Live”dan bildirilir ki, deportasiya edilən iranlı tələbələrlə bağlı qalmaqalda diplomatlar və iş adamlarının iştirakı ilə qapalı məclislər keçirilib. İstintaq məlumatına və iddiaya görə, tələbələrdən bəziləri Milli Məclisin deputatları və bir sıra yüksək vəzifəli şəxslərlə əlaqə saxlayıblar.
İran tərəfi iddia edir ki, qızlardan bəziləri nişanlı olub və mətbuatda yayılan məlumatlar onların reputasiyasına xələl gətirir. Lakin sosial şəbəkələrdə qızların öz ölkələrinin qanunlarını pozaraq açıq-saçıq fotolar paylaşdığı da qeyd olunur.
Rəsmi məlumatlara görə, 11 İran vətəndaşının ölkəyə girişi qadağan edilib, beşi isə artıq deportasiya olunub.
Onu da bildirək ki, bu məlumatlar iddia xarakterlidir. Araşdırmalar davam etdirilir.






