media-inshot_20251020_193159085

Son vaxtlar Azərbaycanda pensiya yaşı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İctimaiyyətdə bu məsələ ətrafında fərqli fikirlər səslənir və bir çoxları yaxın illərdə bu istiqamətdə dəyişiklik ola biləcəyini düşünür. Məsələnin aktuallaşması cəmiyyətdə də geniş maraq doğurub.

Bəs, Azərbaycanda pensiya yaşının artırılması gözlənilirmi?

Bu barədə Patrulaz.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimovun fikrincə, dünya ölkələri pensiya yaşını artıraraq gələcəkdə yaşlılara pensiya verilməsini mərhələli şəkildə aradan qaldırmağı hədəfləyir:

“Məsələ budur ki, pensiya yaşının 70-ə qaldırılması məsələsi ilə bağlı, təəssüflər olsun ki, bu günlərdə dünya ölkələri pensiya yaşının artırılmasını hədəf qoyub və məqsəd ondan ibarətdir ki, yaxın 10–15 ildə ümumiyyətlə yaşlı insanlara pensiya verilməsi anlayışı tamamilə aradan qaldırılsın, ləğv edilsin. Bu planın əsas məqsədlərindən biri odur ki, hökumətlər yaşlı insanlara artıq pensiya verməsin”.

media-42996-1

Sosioloqların sözlərinə görə, dövlətlər pensiyanı maliyyə yükü kimi gördükləri üçün yaşı mərhələli şəkildə artıraraq gələcəkdə pensiyaları tarixə qovuşduracaqlar:

“Dövlətlər pensiyanı öz büdcələrinə əlavə sərfiyyat və maliyyə yükü kimi görürlər. Ona görə də bu strategiyanı əsas götürürlər ki, pensiya yaşını mərhələli şəkildə qaldırmaqla pensiya alanların ümumi sayını azaltsınlar. Get-gedə, bir müddət sonra, yəni 10–15 ildən sonra artıq biz bunun şahidi olacağıq ki, ölkələr bir-birinin ardınca yaşlı insanlara pensiya verilməsini ləğv edəcəklər və bununla da pensiyalar tarixə qovuşacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər