Azərbaycanda tülküləri qəfəsdə saxlayan restoran sahibi CƏZALANDIRILACAQ
“Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb”.
Patrulaz.az xəbər verir ki, bu fikirləri “Oxu.Az”ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib:
“Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.
Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.






