Xəzərdə 6 bal gücündə baş vermiş zəlzələ bütün Qafqazda hiss edilib
Xəzər dənizi akvatoriyasında 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Patrulaz.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirir ki, təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənd şəhərindən (Rusiya) 50 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin episentri 11 km dərinlikdə yerləşib.
Zəlzələ Mahaçqala, Dağıstan, Kaspiysk və Xasavyurt şəhərlərində də hiss olunub.
Yeraltı titrəyişlər Çeçenistan, Həştərxan, Pyatiqorsk, Aktau və Azərbaycanın bir sıra rayonlarında da müşahidə olunub.
Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Dağıstanda hadisə zamanı bölgə sakinləri yeni təkanların olacağından ehtiyat edərək küçələrə çıxıblar.






