"Azərbaycanı beynəlxalq ictimaiyyətdə başqa formada təqdim etmək yolverilməzdir”- ŞƏRH
“İstənilən beynəlxalq təşkilat nümayəndəsinin fikirləri ölkənin suverenliyinə hörmətlə yanaşmaq, gördüyü işləri obyektiv dəyərləndirməkdir.Mənfi tərəflər isə mütləq faktlara əsaslandırılmalı və beynəlxalq hüquq normalarına uyğun şəkildə bildirilməlidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk isə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib, iddihamlar irəli sürdü: “Azərbaycan insan hüquqlarının qorunması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Azərbaycan ölkəsinin demokratik, hüquqi dövlət olması üçün vaxtaşırı islahatlar keçirir. Azərbaycan vətəndaşlarının və müəyyən müddət ölkəmizdə yaşayan insanların dinindən, irqindən və dilindən asılı olmayaraq onlara eyni hüquqla yanaşır. Belə olan halda Azərbaycanı beynəlxalq ictimaiyyətdə başqa formada təqdim etmək yolverilməzdir”.






