media-a3ce304e-f5b9-480d-8240-9eee9bbe3c67

Azərbaycanın şimal bölgəsində yerli sakinləri narahat edən yeraltı təkanlar qeydə alınıb.

Patrulaz.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun yaydığı məlumata əsasən, mayın 8-də, saat 00:07-də Qusar stansiyasından 4 kilometr cənubda, Qusar rayonu ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində seysmik aktivliyin monitorinqi 24 saat əsasda aparılır və bu cür təkanlar adətən regionun təbii seysmik xüsusiyyətləri ilə əlaqələndirilir.


Bənzər xəbərlər