media-inshot_20250901_121540043

Avqustun 31-də İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi Ermənistan Dəmir Yollarının rəhbəri ilə görüş keçirib.

Patrulaz.az xəbər verir ki, görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun yaradılması müzakirə olunub.

Tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyənləşdirilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin aktivləşdirilməsi məsələlərinə toxunublar.

Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində, Şimal-Cənub dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran–Rusiya dəmir yolu əlaqələrinin yaradılmasına şərait yarada biləcəyi vurğulanıb.

Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər.


Bənzər xəbərlər