media-inshot_20250806_150806718

Serbiyanın Zlatibor şəhərində keçirilən gənclər arasında boks üzrə Avropa çempionatının finalında Azərbaycan boksçusu Yusif Ağakişiyevə qarşı ədalətsiz qərar verən hakimin cəzalandırılacağı barədə qərar verilib.

Patrulaz.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının prezidenti Umar Kremlevin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, qarşılaşmanı idarə edən Şimali Makedoniyalı hakim Stefan Subalevski ömürlük diskvalifikasiya olunacaq.

Xatırladaq ki, iyulun 29-da 75 kq çəki dərəcəsində final döyüşü zamanı azərbaycanlı Yusif Ağakişiyev serbiyalı Viktor Majstoroviçlə qarşılaşıb. Döyüşün gedişində hakim Ağakişiyevə əlcəyin açıq tərəfi ilə zərbə endirdiyi üçün ikinci qayda pozuntusuna görə açıq şəkildə xəbərdarlıq edib. Lakin bu qərar azərbaycanlı boksçunun məşqçisinin narazılığına səbəb olub.

Qərardan sonra məşqçi – Azərbaycan millisinin texniki direktoru Həmzə Əvəzov emosional reaksiya verərək rinqə daxil olub və hakimə hücum edib. Komanda üzvləri isə çətinliklə məşqçi ilə hakimi ayırıblar.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının prezidenti Umar Kremlevin bu cür qərəzli yanaşmalar idmanda yolverilməz olduğunu və bu kimi halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcəyini bildirib.


Bənzər xəbərlər