“Bakı Metropoliteni”nin kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb - FOTOLAR
Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Patrul.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri qoyulub.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.







