media-5fadd2f9-f7e4-4651-a445-19ee1bbb08db

Patrul.az redaksiyasına müraciət edən izləyicimiz Ramil Nəsibov iddia edir ki, 22.06.2026-cı il tarixində Bakı şəhəri, Təbriz küçəsində yerləşən “IS OPTİC” eynək mağazasından dünya brendi olan “Ray-Ban” markasına məxsus olduğu bildirilən gün eynəyi alıb.

Onun sözlərinə görə, satış qiyməti 120 manat olan eynək ona 100 manata təklif edilib. Müştəri ödənişi bank kartı ilə etmək istədikdə, mağaza əməkdaşları yalnız kartdan-karta köçürmə yolu ilə ödəniş qəbul etdiklərini bildiriblər. O da göstərilən qaydada ödənişi edərək eynəyi alıb.

Ramil Nəsibov iddia edir ki, sonradan eynəyin orijinal olub-olmadığını yoxlamaq üçün bir neçə optika mağazasına müraciət edib. Onun sözlərinə görə, müraciət etdiyi bütün ünvanlarda eynəyin orijinal “Ray-Ban” məhsulu olmadığı bildirilib.

Şikayətçinin iddiasına əsasən, bundan sonra o, məhsulu aldığı mağazaya qaytarmaq istəsə də, mağaza əməkdaşları eynəyi geri qəbul etməkdən imtina edərək, “Hara istəyirsiniz, şikayət edin” cavabını veriblər.

Qanunvericiliyə əsasən, istehlakçıya məhsul barədə düzgün və tam məlumat verilməlidir. Əgər məhsul alıcıya orijinal kimi təqdim olunub, lakin sonradan bunun əksi müəyyən edilibsə, istehlakçının qanunla nəzərdə tutulmuş qaydada öz hüquqlarını müdafiə etmək, o cümlədən məhsulun dəyişdirilməsini və ya ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yarana bilər.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti zamanı ödənişlərin kartdan-karta köçürmə yolu ilə qəbul edilməsi və alıcıya fiskal çekin təqdim olunmaması vergi qanunvericiliyi və istehlakçı hüquqlarının qorunması baxımından araşdırılması zəruri olan hallar hesab olunur.

Patrul.az olaraq bildiririk ki, yazıda yer alan məlumatlar şikayətçinin iddialarına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda aidiyyəti dövlət qurumlarından məsələnin obyektiv araşdırılmasını və faktlara hüquqi qiymət verilməsini xahiş edirik.

Günay Salayeva

media-photo-output media-photo-output media-photo-output media-photo-output media-photo-output


Bənzər xəbərlər