Bakıda 16 yaşlı yeniyetmə dənizdə boğuldu
Bakıda yeniyetmənin dənizdə faciəli şəkildə həyatını itirdiyi bildirilir.
Patrulaz.az xəbər verir ki, “Lent.az”ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh çimərliyində baş verib. Bakı şəhər sakini, 16 yaşlı Elmir İntiqam oğlu Vəliyev dənizdə çimərkən boğularaq ölüb.
Elmir Vəliyevin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.






