Bakıda 2 yaşlı uşaq siçan dərmanı içdi
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.
Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib.
Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırılma aparılır.